"Gedirəm torpağı qucaqlamağa" işıq üzü görüb

 

Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyi ilə "Ulduz" jurnalının birgə layihəsi əsasında çağdaş poeziyamızın tanınmış simalarından olan Fərqanə Mehdiyevanın "Gedirəm torpağı qucaqlamağa" adlı növbəti kitabı işıq üzü görüb. "Elm" nəşriyyatında nəşr olunan kitabın layihə rəhbəri Qulu Ağsəs, redaktoru Aləm Kəngərli, korrektoru Mətanət Kərimova, dizayneri Zahid Məmmədov, rəssamı Sehran Allahverdidir.
Fərqanə Mehdiyeva uzun müddət "Ulduz" jurnalının poeziya şöbəsinə rəhbərlik edib. AYB və AJB-nin üzvü, prezident təqaüdçüsü olub. Uzun sürən ağır xəstəlikdən sonra bu ilin may ayında dünyasını dəyişib. Vəfatından sonra qələm dostlarının Fərqanə xanıma həsr etdiyi yazılardan ibarət "Mən sizə darıxmaq öyrədəcəyəm" adlı kitab nəşr olunub. Tələbələri "Fərqanə ədəbi məclusi"ni təsis edib, şairin adını əbədiləşdiriblər. "Çəkdiklərim mənə bəsdir", "Deyirlər şirindi dünya", "Payızın yanında gözlərsən məni", "İkimiz darıxsaq ...", "Hayana gedib anam"dan sonra bu, şairin sayca altıncı kitabıdır.