Nəbi Xəzri yaradıcılığı Türkiyənin ədəbiyyat portalında

 

Edebiyyatqazeti.az xəbər verir ki, Türkiyənin məşhur Erikagacioyku.com (Alça ağacı hekayə saytı) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Nəbi Xəzrinin türk dilinə tərcümə edilmiş “İki səs”, “Dəniz... Səma... Məhəbbət” kimi şeirlərinin yayımına başlayıb.

2015-ci ildən fəaliyyət göstərən portal bu ilin iyun ayından başlayaraq Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan ədəbiyyatının aparıcı nümunələrini işıqlandıracaq “Azərbaycan ədəbiyyatı” bölməsini açıb. Bölməyə yerləşdirilmiş şeirlər Nəbi Xəzrinin yaradıcılığı haqqında geniş məlumatla təqdim edilir.

Bölmənin, klassik Azərbaycan ədəbiyyatı ilə yanaşı, müasir Azərbaycan ədəbiyyatı nümunələrini də mütəmadi olaraq işıqlandıracağı nəzərdə tutulur.