İlyas Əfəndiyev yaradıcılığı Serbiyanın ədəbiyyat portalında

 

Edebiyyatqazeti.az xəbər verir ki, Serbiyanın populyar “İstoçni biser” (“Şərqin incisi”) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Xalq yazıçısı İlyas Əfəndiyevin serb dilinə tərcümə olunmuş “Yun şal” hekayəsinin yayımına başlayıb.

Tərcümə Mərkəzindən bildirilib ki, məşhur serb yazıçısı və tərcüməçisi Yovan Zmayın kitabının adını daşıyan “İstoçni biser” portalı əsasən Şərq ədəbiyyatından seçmə nümunələrə yer ayırır.

Yovan Zmay Mirzə Şəfi Vazeh, Hafiz, Ömər Xəyyam kimi dünya ədiblərinin əsərlərini serb dilinə tərcümə edib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!