Ədəbiyyat İnstitutu “Ədəbiyyat qəzeti”ndə uşaq ədəbiyyatı ilə

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Azərbaycan Yazıçılar Birliyinin “Ədəbiyyat qəzeti”nin birgə əməkdaşlığı davam edir. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə töhfə olaraq “Ədəbiyyat qəzeti”nin bir nömrəsində Ədəbiyyat İnstitutunin təşəbbüsü ilə uşaq ədəbiyyatına aid tədqiqlər yer alıb. Qəzetin ilk səhifəsi “Uşaq ədəbiyyatı” sərlövhəsi ilə verilib. Qeyd edək ki, filologiya elmləri doktoru Elnarə Akimovanın rəhbərliyi ilə Ədəbiyyat İnstitutunda “Uşaq ədəbiyyatı” şöbəsi fəaliyyət göstərir.

“Ədəbiyyat qəzeti”nin sözügüdən sayında AYB-nin sədri Anarın “Uşaq ədəbiyyatımızın qaynağı folklorumuzdur” adlı məqaləsi yer alıb. Həmçinin “Muradın nağılları” adlı kitabı haqqında məlumat verilib.

Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin isə “Uşaq dünyasında ədəbiyyat və uşaq ədəbiyyatı dünyası” məqaləsi də qəzetin həmin nömrəsində işıq üzü görüb. Bundan əlavə akademik İsa Həbibbəylinin “Ay mənim nəvələrim” sərlövhəli şeiri də qəzetdə çap olunub.

Gülnar Səma - Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsi

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!