Xalq yazıçısı İsa Hüseynovun “Saz”ı Qırğızıstan ədəbiyyat portalında

 

Edebiyyatqazeti.az xəbər verir ki, Qırğızıstanın məşhur Literatura.kg (Ədəbiyyat.kg) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində Xalq yazıçısı İsa Hüseynovun rus dilinə tərcümə olunmuş “Saz” hekayəsini yerləşdirib.

Tərcümə Mərkəzindən bildirilib ki, “Yaxın xaric ölkələrdə ədəbiyyat – Azərbaycan” adlı xüsusi bölməyə yerləşdirilmiş əsər yazıçı və onun yaradıcılığı ilə bağlı geniş məlumatla təqdim edilir.

Qeyd edək ki, “Yaxın xaric ölkələrdə ədəbiyyat – Azərbaycan” bölməsi mütəmadi olaraq Belarus, Ukrayna, Özbəkistan, Tacikistan və digər ölkələrin aparıcı ədəbiyyatlarına yer ayırır. /Azərtac/


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!