Səyyad Aranın yeni kitabı nəşr olunub

 

Edebiyyatqazeti.az xəbər verir ki, ictimai xadim Səyyad Aranın yeni kitabı nəşr olunub. "Başdaşı” adlı kitab "Elm və Təhsil” nəşriyyatında işıq üzü görüb. Kitabın redaktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədlidir.

Səyyad Aran çağdaş Azərbaycan nəsrində müharibə mövzusuna ən çox yer verən müəlliflərdən biridir. "Başdaşı” əsərində Qarabağ müharibəsinin Azərbaycan xalqının başına gətirdiyi faciələr, ön cəbhə, arxa cəbhə, əsir düşmüş torpaqlarımızın, insanlarımızın taleyi, bütün bunların cəmiyyətin həyatına təsiri, vurduğu yaralar və digər məsələlər geniş və hərtərəfli əksini tapıb.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!