Bu gün ölkəmizdə 28 may – Respublika günü qeyd olunur

 

Bu gün ölkəmizdə 28 may – Respublika günü qeyd olunur.  1918-ci il mayın 28-də müsəlman şərqində ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı, banisi isə siyasətçi və publisist Məhəmməd Əmin Rəsulzadə idi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı, varlığına bolşeviklər tərəfindən son qoyuldu.

Amma bununla belə xalqın istiqlal arzusu ölmədi. 1991-ci ildə Sovet İmperiyası dağıldıqdan sonra yeni tarixi prosesdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında dövlət müstəqilliyimiz bərpa olundu. Hazırda müstəqil Azərbaycan demokratik bir dövlət olaraq sürətlə inkişaf edir.

Qeyd edək ki, 1990 – cı ildən 28 may tarixi ölkəmizdə Respublika günü kimi qeyd olunur.

Bayramımız mübarək!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!