“Halal Çörək” povesti nəşr olundu

 

Edebiyyatqazeti.az xəbər verir ki, mərhum yazıçı-publisist Əli Vəlioğlunun “Halal çörək” povesti Alatoran Yayınları tərəfindən təkrar nəşr olunub.

Atalar və oğullar silsiləsinin növbəti ədəbi-bədii örnək olan bu əsərdə müəllif yazıçı təxəyyülünün məhsulu olan uydurma və qondarma hadisələrdən yan keçərək həyatda gördüyü, şahidi olduğu, hər gün rastlaşdığı insanların içərisindən seçdiyi Usta Vəlinin simasında mükəmməl və yaddaqalan ata obrazı yaratmağa müvəffəq olmuşdur.

Unudulmaqda olan adət-ənənələrimizə hörmət, vətənə məhəbbət, yüksək insani dəyərlərə sədaqət ruhunda fərqli bir üslubda və əsl dastan estetikası ilə qələmə alınmış hadisələrin arxa fonunda, ilğımlar içərisində gah itib, gah peyda olmağına rəğmən, iri hərflərlə yazılmış bir neçə kəlmə göz önündən çəkilmir: düzlük, zəhmət və halallıq. Ona görə də bu əsər dua kimi oxunur.

Qeyd edək ki, kitabın ön söz müəllifi professor Rüstəm Kamaldır.