“Günəş üzlü qadın” adlı povestlər və hekayələrdən ibarət yeni kitabı işıq üzü görüb

 

Edebiyyatqazeti.az xəbər verir ki, yazıçı Narıngül Nadirin “Günəş üzlü qadın” adlı povestlər və hekayələrdən ibarət yeni kitabı işıq üzü görüb.

"Elm və təhsil” nəşriyyatında çap olunan kitaba yazıçının son illərdə yazdığı povest və hekayələri daxil edilib.

Qeyd edək ki, bu yazıçının sayca beşinci kitabıdır.