Şair Qəşəm Nəcəfzadə ilə onlayn görüş keçirilib

 

Karantin qaydalarına uyğun olaraq tanınmış şair  Qəşəm Nəcəfzadənin Hacıqabul rayonu  V. Məmmədov adına Muğan qəsəbə tam orta məktəbin şagirdləri ilə onlayn görüşü keçirilib. Hər bir şagird  evlərindən Zoom  proqramı vasitəsi  ilə görüşə qatılıb. Məktəbin müəllimi şair Sara Selcan bu cür görüşlərin əhəmiyyətindən danışıb, şair haqqında görüş iştirakçılarına ətraflı  məlumat verib.  Şagirdlər şairin uşaq şeirlərini əzbər söyləyib,  sujetli şeirlərə maraqlı səhnəciklər nümayiş etdiriblər. Sonra  şairə maraqlı  suallar ünvanlayıblar,  hətta poeziya həvəsgarları  öz şeirlərini də oxuyublar. 9-cu sinif şagirdi  Nərmin İsmayılova onlayın görüş zamanı karandaşla şairin şəklini çəkib internetlə səbəbkara  göndərib.  Görüşün  sonunda  Qəşəm Nəcəfzadə  məktəbin müəllim və şagirdlərinə minnətdarlıq edərək  yeni şeirlərini oxuyub və verilən sualları cavablandırıb. Karantin günlərində mütaliə etmələrini, evdən çölə çıxmamaqla, gigenik qaydalara əməl etməklə sağlamlıqlarını qorumağı tövsiyyə edib.