“FƏRQANƏ” MÜKAFATI TƏSİS EDİLƏCƏK

 

Edebiyyatqazeti.az xəbər verir ki, mərhum tanınmış şair Fərqanə Mehdiyevanın xatirəsinə “Fərqanə” ədəbiyyat mükafatı təsis ediləcək. Bu barədə DGTYB başqanı İntiqam Yaşar məlumat verib. İntiqam Yaşar bildirib ki, mükafat hər il Fərqanə Mehdiyevanın doğum günü ərəfəsində xanım yazarlar arasında keçiriləcək müsabiqənin qalibinə veriləcək. Mükafatın təsisiçisi Dünya Gənc Türk Yazarlar Birliyidir.

Qeyd edək ki, Fərqanə Mehdiyeva mayın 2-i uzun sürən xəstəlikdən vəfat edib. Mərhum şair “Ulduz” jurnalının poeziya şöbəsinin rəhbəri, AYB-nin üzvü, Prezident təqaüdçüsü, “Rəsul Rza”, “Mikayıl Müşfiq”, “Şahmar Əkbərzadə” mükafatlarının sahibi idi.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!