Paulo Koelyo sosial izolyasiya dövründə oxucuları üçün iki yeni nağıl yazıb

 

Edebiyyatqazeti.az rus KİV-lərinə istinadən xəbər verir ki, oxuculara “Kimyagər”, “Veronika ölməyi düşünür” romanlarının müəlifi kimi tanış olan Brazilya yazıçısı Paulo Koelyo sosial izolyasiya dönəmində oxucuları üçün təskinlik məqsədilə iki yeni nağıl yazıb.

Yazıçı bu nağılları internet məkanında oxunması üçün açıq qoyub.

“A,B,C, D...”“Dünyanın bir hissəciyi” adlı nağıllar ümidləndirici, təsirli hekayətlərlə əhatələnib.

Yazıçı bu nağılları yazmaqla insanları işıqlı düşüncələrə, sakitliyə, optimizmə ruhlandırmaq istəyib.  

Xəbəri rus dilindən tərcümə etdi: Günel Eyvazlı

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!