Hüseyn Cavidin “Şeyx Sənan” pyesinin orijinal nüsxəsi Türkiyədə satışa çıxarılıb

 

Böyük Azərbaycan dramaturqu və şairi Hüseyn Cavidin “Şeyx Sənan” dördpərdəli pyesinin orijinal nüsxəsi Türkiyədə satışa çıxarılıb.

1926-cı ildə “Azərnəşr” tərəfindən çap edilən 121 səhifəlik kitab “Nadir kitab” Yayın Evi tərəfindən satışa çıxarılıb. Nəşr barədə arayışda məlumat verilir ki, kitabı avtoqrafla hədiyyə edən müəllif yazıb: “Qardaşım doktor Xəlil bəy əfəndiyə. Hüseyn Cavid”.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!