Şair Fərqanə Mehdiyeva vəfat edib

 

AYB üzvü, “Ulduz” jurnalının poeziya şöbəsinin rəhbəri, şair Fərqanə Mehdiyeva uzun sürən xəstəlikdən vəfat edib.

Qeyd edək ki, Fərqanə Mehdiyeva 1964-cu ildə Salyan rayonunda doğulub. Əvvəlcə Bakı Mədəni-maarif texnikumunun Rejissorluq fakültəsini, daha sonra N.Tusi adına Pedaqoji Universitetin Filologiya fakültəsini bitirib. Yaradıcılığa erkən yaşlarından başlayıb. 1981-ci ildən respublika mətbuatında, radio, televiziya verilişlərində vaxtaşırı çıxışlar edib. İlk kitabı “Çəkdiklərim mənə bəsdi” 1999-cu ildə işıq üzü görüb. Sonrakı illərdə “Deyirlər dünya şirindi”, “Payızın yanında gözlərsən məni”, “İkimiz darıxsaq” kitabları ilə şeirsevərlərin ürəyinə yol tapıb.

Allah rəhmət eləsin!