Rumıniyanın AGERPRES milli xəbər agentliyi Nizami Gəncəvi barədə məqalə yayıb

 

Rumıniyanın AGERPRES milli xəbər agentliyi Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun Azərbaycanın dahi şairi Nizami Gəncəvi barədə məqaləsini yayıb.

Məqalədə Nizami Gəncəvinin Azərbaycan, Şərq və dünya ədəbiyyatındakı yeri və mövqeyi, böyük şairin həyatı, yaradıcılığı haqqında ətraflı məlumat verilir. Şairin adı və ləqəbi, doğum tarixi və yeri, valideynləri və qohumları, təhsili barədə söhbət açılır. Nizami Gəncəvinin “Xəmsə”si və türkcə divanı barədə məlumat verilir.

Məqalədə qeyd edilir ki, Nizami Gəncəvinin 850 illiyi ilə əlaqədar 1991-ci il UNESCO tərəfindən “Nizami Gəncəvi ili” elan edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci ildə imzaladığı Sərəncamla Nizami Gəncəvinin 870 illiyinin təntənəli sürətdə keçirilməsinə qərar verilib və həmin ildə Heydər Əliyev Fondu tərəfindən şairin əsərləri dünyanın bir sıra dillərinə tərcümə olunub. Həmçinin 2012-ci ildə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Nizami Gəncəvinin yaradıcılığını daha geniş coğrafiyada təbliğ etmək məqsədilə beynəlxalq şura yaradılıb. /Azərtac/


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!