Mərkəzi Elmi Kitabxana Əhməd Cavadın əsərlərini və haqqındakı kitabları elektron formatda təqdim edir

 

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) Əhməd Cavadın əsərlərini və haqqında yazılan kitabları elektron formatda təqdim edir.

MEK-dən bildirilib ki, oxucular kitabları PDF formatda yükləyə bilərlər. Kitabların siyahısı və linklərlə MEK-in saytında tanış olmaq mümkündür.

Qeyd edək ki, AMEA Mərkəzi Elmi Kitabxanasında tərcüməçi, naşir Mirzəzadənin topladığı “Milli nəğmələr” kitabı saxlanılır. Kitab 1919-cu ildə Bakıda “İran” elektrik mətbəəsində çap olunub.

Kitabda H.Zərdabi, A.Səhhət, M.Ə.Sabir, M.Hadi və digər ədiblərin şeirləri yer alıb. Onların içərisində sözlərini istiqlal şairi Əhməd Cavadın yazdığı Azərbaycan himni də var. Himnin sözləri kitabda “Vətən marşı” və “CAMO bəy” (Cavad Axundzadə Məhəmmədəli Oğlu) imzası ilə verilib.

Ərəb qrafikalı əlifba ilə yazılmış kitab MEK-in Şərq ədəbiyyatı fondunda mühafizə olunur və kitabxananın elektron kataloquna salınıb.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!