Hekayə müsabiqəsinə əsərlərin qəbulu davam edir

 

Mədəniyyət Nazirliyinin Azərbaycan Yazıçılar Birliyi ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda elan etdiyi hekayə müsabiqəsi davam edir.

Nazirlikdən bildirilib ki, hekayə müsabiqəsinə hazırda 67 əsər təqdim olunub. Hekayələrin çoxluğu nəzərə alınaraq, qısa zamanda onların qiymətləndirilməsi məqsədilə əsərlərin Müsabiqə Komissiyasına təqdim olunması nəzərdə tutulur.

Məlumat üçün qeyd edirik ki, müsabiqəyə təqdim olunan hekayələr daha əvvəl nəşr olunmamalı, mətnin həcmi 25 min işarədən çox olmamalıdır. Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.

Müsabiqəyə hekayələrin qəbulu mayın 29-dan sona çatacaq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!