20 ölkədən 24 şair Azərbaycan üçün şeir oxudu - VİDEO

Real TV, Bədii Tərcümə Mərkəzi və “Ədəbiyyat qəzeti”nin birgə təşkilatçılığı ilə

 

Edebiyyatqazeti.az xəbər verir ki, Real TV, Bədii Tərcümə Mərkəzi və “Ədəbiyyat qəzeti”nin birgə təşkilatçılığı ilə 20 ölkədən 24 şair Azərbaycan üçün şeir oxudu.

Şairlər azərbaycanlı həmkarlarının müraciətinə bir-birindən maraqlı şeirlərinin qiraəti, öz videoları ilə cavab veriblər.

"Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar” layihəsinə Türkiyədən Atao Bəhramoğlu, Heydər Ərgülən, Yeşim Ağaoğlu, Moldovadan Nikolae Spetaru, ABŞ-dan Aleksandr Səlimov, Rumıniyadan İon Hadırke, Rusiyadan Sergey Qlovyuk, Argentinadan Silviya Zimmerman, Gürcüstandan Şota İataşvili, İtaliyadan Laura Garavaglia, Serbiyadan Milisa Liliç, Özbəkistandan Fəxrəddin Nizam, İrandan Mustafa Məstur və Kamran Rəsulzadə, Almaniyadan Orxan Araz, Omandan Aişə Əd Dərməki, Belarusdan Tatyana Sivets, Polşadan Culia Fedorçuk, Fələstindən dən Əli Əl Əmiri, Qırğızıstandan Dalmira Tilepbergenova, Ukraynadan Marianna Kiyanovska, Moldovadan-Qaqauz Elindən Todur Zanet, Estoniyadan Maaryo Kanqro, Macarıstandan Atilla Balaş kimi məşhur şairlər qoşulublar.
Qeyd edək ki, layihə 2 həftəyə yaxın müddətdə davam edəcək.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!