2020-ci ilin Beynəlxalq Buker mükafatının qısa siyahısı bəlli oldu

Qısa siyahıya beş müxtəlif dildə yazılmış altı əsər daxil olub

 

Edebiyyatqazeti.az rus KİV-lərinə istinadən xəbər verir ki, Beynəlxalq Buker mükafatının qısa siyahısı ictimaiyyətə təqdim edilib.

Siyahıda Arqentina, Almaniya, İran, Meksika, Niderland və Yaponiya  yazıçılarının əsərləri yer alıb.  Daxil edilən əsərlər 2020-ci il üçün ingilis dilinə tərcümə edilmiş ən yaxşı əsərlər hesab edilir. Bu haqda mükafatın rəsmi saytında məlumat verirlib: https://thebookerprizes.com/international-booker/news/2020-international-booker-prize-shortlist-announced

“Qısa siyahıya daxil edilmiş hər bir kitab adət etdiyimiz adi rəvayətlərdən tutmuş fundamental miflər və ailə folkloruna qədər olan mövzuları əhatə edir. İstər doğru qurulmuş distopatiya olsun, istərsə də dil axını, bütün bunları eyni məcraya gətirən ustalıq və mükəmməl tərcümədir ki, hal-hazırda dünyanın yaşadığı izolyasiya dövründə biz əsl bədii mətnlərin yüksəlişini müşahidə edirik. Mükəmməl forma və dioloq görürük”. Bunu münsiflər heyətinin üzvü Tod Xodjkinson öz şərhində söyləyib.

Mükafata daha çox yapon yazıçısı Yoko Oqava liderlik edir. O, öz ölkəsində müxtəlif ədəbi mükafatların sahibidir. Münsiflər heyəti Oqavanın “Yaddaş polisi” (“The Memory Police”) romanını xüsusilə qeyd edir. Alman yazıçısı Daniel Kelman isə 21-ci əsrin “vundurkindi” adı ilə populyarlıq qazanıb. Ən gənc finalist isə 28 yaşlı niderlandlı Marike Lukas Reynevelddir.

Xatırladaq ki, Buker mükafatı (Man Booker Prize for Fiction) 1968-ci ildə Buker-Makkonnel tərəfindən təsis olunub və iki ildən bir verilib. 2016-cı ildən mükafatın hər il təqdim olunması qərara alınıb.

“Buker” bu və ya digər dildə yazılan, ingilis dilinə tərcümə edilərək Böyük Britaniyada nəşr etdirilən konkret romana və ya hekayələr toplusuna görə verilir. Mükafatın məbləği 50 min funt-sterlinqdir. Bu məbləğ əsərin müəllifi və tərcüməçisi arasında bölünür. 

Xəbəri rus dilindən tərcümə etdi: Günel Eyvazlı


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!