Mərkəzi Elmi Kitabxana oxuculara yeni e-kitabları təqdim edir

 

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Elektron kitablar” bazasında olan, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinə uyğun olaraq, müəlliflik hüququ haqqında razılaşma nəzərə alınmaqla, oxucular PDF kitabları MEK-in saytında yerləşdirilən linkdən oxuya bilərlər.

Bu barədə  MEK-dən məlumat verilib.

PDF formatında akademik Nizami Cəfərovun “Mir Cəlalın milli idealları”, “Molla Pənah Vaqif”, “Türk xalqları ədəbiyyatı”, “Professor Gövhər Baxşəliyeva”, “Türkologiyaya giriş”, “Səməd Mənsurun poeziyası” kitabları, həmçinin şair-publisist Dəyanət Osmanlının “Nizami Cəfərov” və digər nəşrlər təqdim edilir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!