Fransa və dünya mədəniyyəti mərkəzlərinə virtual səyahət edək

#evdəqal

 

UNESCO və dünyanın məşhur Konqres Kitabxanasının təşəbbüsü ilə 2007-ci ildə fəaliyyətə başlayan Dünya Rəqəmsal Kitabxanası dünyanın ən böyük tarixi kolleksiyalarını yüksək keyfiyyətdə hər kəsə pulsuz olaraq onlayn şəkildə təqdim edir. Bu barədə Azərbaycan Dillər Universitetindən məlumat verilib.

Dünyanın mədəni irsini təmsil edən 15 mindən çox sənəd, nadir və qiymətli əsərlər, kitablar, jurnallar, xəritələr, filmlər və hətta səs yazıları bu saytda mövcuddur.

Sayt 7 dildə fəaliyyət göstərir (fransız, ingilis, rus və digər dillərdə) və giriş sərbəstdir. Beləliklə, #evdəqal aksiyasını davam etdirməklə Fransaya və dünya mədəniyyətinə virtual gəzinti edə bilərik:

Luvr muzeyi:  https://www.louvre.fr/en/visites-en-ligne

Orse muzeyi: https://www.musee-orsay.fr/fr/accueil.html

Dünya rəqəmsal kitabxanası: https://www.wdl.org/fr/


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!