Məşhur rus-sovet yazıçısı Yuriy Bondaryov 96 yaşında dünyasını dəyişib

Məşhur rus-sovet yazıçısı, ssenarist, SSR Yazıçılar Birliyinin üzvü, ictimai xadim Yuriy Bondarov 96 yaşında dünyasını dəyişib

 

Edebiyyatqazeti.az rus KİV-lərinə istinadən xəbər verir ki, məşhur sovet yazıçısı Yuriy Bondaryov ötən gün 96 yaşında dünyasını dəyişib.

Yazıçı öz adını sovet ədəbiyyatına qızıl hərflərlə həkk etdirib.

Qeyd edək ki, Y.Bondaryov zabit prozasının yaradıcısıdır. O, 15 mart 1924-cü ildə Orsk şəhərində anadan olub. Böyük Vətən Müharibəsi zamanı hərbdə qulluq edib, iki dəfə yaralanıb.

Yazıçı Dneprin dəf edilməsində və Kiyevin azadlıq mücadiləsində iştirak edib. Sovet ordusunun Çexoslavakiyaya daxil olmasına qədər iştirak edib və “Şücaət” medalı ilə təltif olunub.

1946-cı ildə Qorkiy adına Ədəbiyyat İnstitutuna daxil olub. Konstantiv Poustovskinin seminarlarında iştirak edib.

“Batalyonlar alov istəyir” (1957) povesti, “Sükut” (1962) və “İkisi” (1964) romanları ona populyarlıq qazandırıb. 1970-ci ildə Stalinqrad döyüşünə həsr olunmuş “Qaynar qar” və  “Batalyonlar alov istəyir” romanları onun ssenarisi əsasında ekranlaşdırılıb.