“Ulduz”un fevral sayı artıq satışdadır

 

Jurnalın fevral sayı Cavanşir Yusiflinin  "Sadəlik və ciddiyyət” adlı ekspert  yazısı ilə açılır. 

Hikmət Məlikzadə "Özüylə söhbəti...”ni və şeirlərini təqdim edir. 

Günel Eyvazlı Məhəmməd Hadiyə həsr etdiyi "Qəmabad sakini” essesini oxucularla bölüşür. 

"Nəsr”də Vəfa Mürsəlqızı, Tural Cəfərli, Ənvər Çingizoğlu, Aytac Sahəd hekayələrini təqdim edir.  

"Şeir vaxtı”nda Fərqanə Yusifqızı, Xəyalə Sevildir. 

Bəsti Əlibəyli və Esmira Məhiqızının şeirləri də "Ulduz”un fevral sayında yer alıb. 

"Türk eli”ndə şeirləriylə Semih İpekdi.

 "Araşdırma”da Namiq Hacıheydərli "İtmiş sivilizasiya: Mu qitəsi”ndən danışır.

 "Yazı masası”nda Taleh Mansurun qonağı  "Yüz ilin kişisi” yazısıyla  yüz yaşlı Dünyamalı Kərəmdi. 

"Qısa fikirlər xəzinsəsi” Umberto EKO, Cəmil Meric və Aleksandr Soljenitsin fikirlərini təqdim edir.  

İbrahim İbrahimli Azər Turanın "XX əsr –Fəryadın metafizikası” kitabı haqqında düşüncələrini bölüşür.

"Tribuna”da Firuz Mustafa Xalq yazıçısı Elçinin yaradıcılığından yazır. 

 "Dərgidə kitab” rubrikasında "Bir az vaxtım var...” povestiylə Şəfa Vəlidir.  

  Bunlar hamısı deyil, "Ulduz”u oxuyun! 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!