Abay Kunanbayevə həsr olunmuş respublika elmi konfransına məqalə qəbulu yekunlaşıb

 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsi tərəfindən aprelin 22-də “Azərbaycandan Qazaxıstana dostluq körpüsü: Abay Kunanbayev-175” mövzusunda keçiriləcək respublika elmi konfransına məqalə qəbulu martın 10-da başa çatıb.

İnstitutdan bildirilib ki, görkəmli qazax şairi Abay Kunanbayevin 175 illik yubileyinə həsr edilmiş konfransda elmi dərəcəsi olan şəxslər (fəlsəfə və elmlər doktorları), müəllimlər, elmi işçilər, doktorantlar, magistrantlar və tələbələr (hər kəs yalnız bir məqalə ilə) qatılıblar.

Qeyd edək ki, konfransa təqdim olunmuş yazılar təşkilat komitəsi tərəfindən dəyərləndirildikdən sonra müəlliflərə elektron poçt ünvanı vasitəsilə məlumat veriləcək.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!