Moskvada Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun xatirəsi anılacaq

 

Moskvada Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun xatirə gecəsi təşkil ediləcək.

Martın 12-də Moskvada, Mərkəzi Jurnalistlər Evində Xalq şairi, yazıçı və dramaturq Vaqif Səmədoğlunun 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Gecədə Vaqif Səmədoğlunun Azərbaycan və rus dillərində şeirləri səslənəcək, onun ssenarisi əsasında çəkilmiş filmlərdən parçalar nümayiş etdiriləcək. /Azərtac/


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!