Yazıçı Narıngül Nadirin tamaşası təqdim ediləcək

Edebiyyatqazeti.az xəbər verir ki, yazıçı Narıngül Nadirin “Günəş üzlü qadın” povestinin motivləri əsasında hazırlanmış “Yuva” tamaşası Şuşa Dövlət Musiqili Dram Teatrında, "Pak" Teatrının quruluşunda tamaşaçılara təqdim ediləcək.

Sırf insani dəyərlər, sevgi, xəyanət və ailədaxili münasibətlər tamaşanın əsas motivini təşkil edir.

Tamaşanın quruluşçu rejissoru  Kəmalə Səlim Müslümqızıdır.

Rollarda: Mehdi Quliyev – Elçin, Ceyran Baxışova - Səmra, Əminə Cəfərova - Zərrin, Namiq Həsənov – Telman, Könül Şakirqızı - intihara cəhd edən qız və b.
Musiqi tərtibatçısı Rəna Əhmədova, İşıq rejissoru Elvin Əliyev, Rəssam Həyat Sultanova, İnzibatçılar: Murad Muradov, Həmdəm Bozqurd.

Tamaşa martın 9-u saat19:00 da  başlayır.

Ünvan: Şuşa Dövlət Musiqili Dram Teatrı, Bakı şəhəri,Binəqədi rayonu, S. S. Axundov 48. (Azadlıq metrosunun çıxışı)