Həkim-yazar Məlahət Hümmətqızının yeni romanı işıq üzü görüb

 

Edebiyyatqazeti.az xəbər verir ki, həkim-yazar  Məlahət Hümmətqızının  “Villa”  adlı yeni romanı işıq üzü görüb.

“Elm və Təhsil” nəşriyyatında  çap olunan kitabın ön söz müəllifi  filologiya elmləri doktoru, professor Vaqif  Yusiflidir.

Kitaba daxil edilən  roman, povest və hekayələrdə  qadın obrazlarına geniş yer verilmiş, cəmiyyətimiz üçün aktual olan ciddi məsələlər qoyulmuşdur.

”Villa” yaşadığımız dünyanın  rəmzi kimi  müxtəlif xarakterli  surətləri, müəyyən hadisələri qarşı-qarşıya qoyur, bir çox insani keyfiyyətləri və maddiyyat  hərisliyinin  doğurduğu  faciələri  bədii şəkildə  oxucuların müzakirəsinə verir.

Kitaba son vaxtlar mətbuat orqanlarında  çıxan “Yuxu” povesti, “Ata yadiğarı”, “Qorxu”, “Təşəkkür borcu”, “Köhnə  royal”, “Yalan”, “Tənha  qadın” hekayələri də daxil  edilmişdir.