Əlyazmalar İnstitutu XIX əsrdə nəşr olunan “Bakinskiy listok” qəzetinin elektron versiyasını əldə edib

 

Edebiyyatqazeti.az xəbər verir ki, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Rusiya Milli Kitabxanasında qorunan, Azərbaycanın ilk rusdilli nəşri “Bakinskiy listok” qəzetinin 1871-1872-ci illərə aid bütün nömrələrinin (16-cı nömrə istisna olmaqla) elektron versiyasını əldə edib.

İnstitutdan bildirilib ki, maraqlananlar elektron versiya ilə elmi müəssisənin kitabxanasında tanış ola bilərlər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!