Əlabbasın hekayəsi özbək dilində

 

Edebiyyatqazeti.az xəbər verir ki, Daşkənddə  (“Gənclik” jurnalı, №10, 2019) Azəbaycanlı nasir Əlabbasın “Yolda adam” hekayəsi işıq üzü görüb.  Jurnal yazıçımızı öz oxucularına: “Çağdaş Azərbaycan  nəsrinin tanınmış simalarından  olan  Əlabbas bir çox  hekayə, “Köhnə kişi” və “İkinci oğul”  povestləri,  eləcə də “Qiyamçı” və “Qaraqovaq çölləri” kimi romanları ilə  xarici ölkə oxuçularına da  tanışdır. Yazıçının  “Yoldakı adam” hekayəsini sizlərə təqdim edir və Əlabbas “dünyası ilə” bu ilk tanışlığın özbək oxucularının  da qəlbində unudulmaz təəssürat yaradacağına inanırıq” deyə təqdim edir. 

Bundan əvvəl müxtəlif vaxtlarda türk, qazax, qırğız və rus dillərinə də çevrilən hekayəni  özbəkcəyə Azərbaycan-özbək ədəbi əlaqələri sahəsində uzun illər səmərəli fəaliyyət göstərən və bu işə öz layiqli töhfələrini verən görkəmli şair, tərcüməçi və publisist  Akif Azalp tərcümə edib. 

Xatırladaq ki, jurnalın “Qardaşlar ədəbiyyatı” bölümündə illüstrasiya ilə yer alan hekayə ilk dəfə “Ədəbiyyat qəzeti”ndə dərc edilmiş  və 2019-cu ildə “Əli bəy Hüseynzadə” mükafatına layiq görülmüşdür.