Rusiyanın tanınmış “День литературы» qəzetində "Çağdaş Azərbaycan ədəbiyyatı" xüsusi buraxılışı işıq üzü görüb

RUSİYANIN TANINMIŞ “ДЕНЬ ЛИТЕРАТУРЫ» QƏZETİNİN XÜSUSİ BURAXILIŞI: "ÇAĞDAŞ AZƏRBAYCAN ƏDƏBİYYATI"

 

Edebiyyatqazeti.az xəbər verir ki, Rusiyanın tanınmış “День литературы» qəzetində  "Çağdaş Azərbaycan ədəbiyyatı" xüsusi  buraxılışı işıq üzü görüb. “Rusiya-Azərbaycan - ədəbiyyatın dostluğu” adı ilə təqdim olunan buraxış Rusiya Yazıçılar İttifaqı İdarə Heyətinin sədri Nikolay İvanovun ön sözü ilə açılır. Buraxılışın esse bölümündə Anar və Azər Turanın məqalələri, nəsr bölümündə Kamal Abdulla, Çingiz Abdullayev, Əjdər Ol, Məqsəd Nur, Novruz Nəcəfoğlu və Ülviyyə Tahirin hekayələri, poeziya bölümündə  Firuzə Məmmədli, Leyla Əliyeva, Səlim Babullaoğlu, Qismət, Fərid Hüseyn, Alik Əlioğlu, Səxavət Sahilin şeirləri, ədəbiyyatşünaslıq bölümündə isə akademik İsa Həbibbəyli və filologiya elmləri doktoru Elnarə Akimovanın tənqidi məqalələri yer alır.

Qeyd edək ki,  “Xüsusi buraxılış” Rusiya Yazıçılar İttifaqı ilə Azərbaycan Yazıçılar Birliyi arasında əməkdaşlıq Müqaviləsinə əsasən hazırlanıb. Bundan əvvəl Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Ədəbiyyat qəzeti” ilə birgə layihəsi kimi qəzetdə “Çağdaş rus ədəbiyyatı” adlı xüsusi buraxılış (1 fevral 2020) çap edilmişdi. Rusiya tərəfinin təklif və təqdimatı əsasında on müəllifin - N.İvanov, S.Qlovyuk, S.Makarova, V.Kiryuşin, Y.Kozlov, İ.Kovalyova, V.Latınin, A. Vitakov, A.Yexalov və A.Trapeznikovun mətnləri Azərbaycan oxucusuna təqdim olunmuşdu.

Qarşıda digər maraqlı layihələrin reallaşacağı gözlənilir.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!