Yazıçı Yaşar Bünyadın yeni hekayələr kitabı işıq üzü görüb

 

Edebiyyatqazeti.az xəbər verir ki, yazıçı Yaşar Bünyadın «Xoşbəxtlər arasında yaşamaq» adlı hekayələr kitabı çap olunub.

Kitab «Bir Qələm» nəşriyyatında nəşrə gedib.

Qeyd edək ki, kitabdakı hekayələr 2019-cu ildə "Əli bəy Hüseynzadə mükafatı"na layiq görülüb. Bu mükafat yazıçının "Ədəbiyyat qəzetində" çap olunan hekayələrinə görə verilib.