Fərid Hüseynin kitablarının təqdimat mərasimi keçiriləcək

 

Edebiyyatqazeti.az xəbər verir ki, Fərid Hüseynin "Zərdabi” nəşriyyatında "Kaspi nəşrləri” seriyasından "Sevdiyim əsər” (müsahibələr) və "Mücrü” nəşriyyatında "Təkrarın tənhalığı” (şeirlər) adlı kitabları işıq üzü görüb.
"Sevdiyim əsər” kitabında dünya və Azərbaycan ədəbiyyatının şah əsərləri haqqında seçkin söz və fikir adamlarının müsahibələri toplanıb. Toplu Azərbaycan ədiblərinin dünya ədəbiyyatına, ən çox sevdikləri əsərlərə münasibətlərini aydınlaşdırır, həmin əsərlər əhatəli şəkildə təhlil olunur. 101 müsahibənin cəm olduğu kitabda 100-ə qədər əsərdən söhbət gedir.

"Təkrarın tənhalığı” kitabında Fərid Hüseynin indiyə qədər çap olunmuş bütün şeirləri toplanıb.

Qeyd edək ki, kitabların təqdimat mərasimi 11 fevral, saat 14:00-da  Azərbaycan Yazıçılar Birliyinin "Natəvan” klubunda keçirləcək. 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!