Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitablar işıq üzü görüb

 

Edebiyyatqazeti.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə görkəmli Azərbaycan şairi Səməd Mənsurun yaradıcılığı və əsərlərindən bəhs edən “Şeirlər. Felyetonlar. Pyeslər” adlı kitab işıq üzü görüb.

Mədəniyyət Nazirliyindən bildirilib ki, kitaba görkəmli şairin müxtəlif illərdə qələmə aldığı, sağlığında dövri mətbuat orqanlarında çap olunmuş şeirləri, felyetonları və pyesləri ilə bərabər, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan və şairin çap edilmiş kitablarına düşməyən əsərləri də daxil edilib. Kitab “Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!