Ankarada Vaqif Səmədoğlu anılıb

 

Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycanın Xalq şairi Vaqif Sənədoğlunun 80 illiyilə bağlı Ankarada Beynəlxalq Türk Məzdəniyyəti Təşkilatında (TÜRKSOY) anım tədbiri keçirilib.

Təbirdə Azərbaycan Yazıçılar Birliyin sədri Anar Rzayev, TÜRKSOY-un rəhbəri Lüsen Kasseinov, Avrasiya Yazarlar Birliyinin rəhbəri Yaqub Öməroğlu, Səməd Vurğunun Ev Muzeyinin direktoru Nüşabə Babayeva-Vəkilova, Türkiyənin tanınmış ədəbiyyat adamları, ziyalıları, Hacı Bayram Vəli Universitetinin müəllimləri iştirak ediblər.

Tədbirdə Vaqif Səmədoğlunun şair, yazıçı, musiqiçi, cazmen kimi xüsusiyyətlərindən, 60-cılar nəslinin ən fəal nümayəndəsi kimi xidmətlərindən bəhs olunub.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!