Milli Kitabxanada “Adil Babayev – 95” adlı kitab sərgisi açılıb

 

Yanvarın 28-də M.F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri şair, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Adil Babayevin anadan olmasının 95 illiyi münasibətilə şairin həyat və yaradıcılığına həsr olunmuş “Adil Babayev – 95” adlı kitab sərgisi açılıb.

Sərgidə şairin müxtəlif illərdə nəşr olunmuş əsərləri, sözlərinə yazılmış mahnılar, tərcümələri, redaktoru olduğu və haqqında yazılmış kitablar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!