Milli Kitabxanada “Zəlimxan Yaqub – 70” adlı kitab sərgisi açılıb

 

Edebiyyatqazeti.az xəbər verir ki, yanvarın 21-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xalq şairi, müasir Azərbaycan və türk dünyası poeziyasının parlaq nümayəndələrindən biri, ictimai xadim Zəlimxan Yaqubun anadan olmasının 70 illiyi münasibətilə “Zəlimxan Yaqub – 70” adlı geniş kitab sərgisi açılıb.

Sərgidə şairin müxtəlif illərdə nəşr olunmuş “Könlümün səsi”, “Yolum eldən başlanıb”, “Od aldığım ocaqlar”, “Bu yaşıl ağacın altı bizimdir”, “Ziyarətin qəbul olsun”, “Bir əlim torpaqda, bir əlim haqda”, “Əbədiyyət dastanı”, iki cildlik “Seçilmiş əsərləri”, 13 cildlik “Əsərləri” və digər kitabları, eyni zamanda, xarici dillərdə nəşr edilmiş əsərləri, redaktoru olduğu, “Ön söz” yazdığı, haqqında yazılmış kitablar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!