“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub

 

Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Filologiya və sənətşünaslıq” elmi jurnalının 2019-cu ildə ikinci sayı nəşr olunub.

“Filologiya və sənətşünaslıq” elmi jurnalının baş redaktoru AMEA-nın I vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Jurnalın bu sayı akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatında sosialist realizmi dövrü” məqaləsi ilə açılır.

 Jurnalın baş redaktor müavinləri akademik Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, filologiya elmləri doktoru Əlizadə Əsgərli, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova, məsul katibi isə Həlimə Mehdiyevadır.

“Elm” nəşriyyatında çap olunan jurnalın bu sayı “Ədəbiyyatşünaslıq”, “Ədəbi əlaqələr”, “Folklorşünaslıq”, “Dilçilik”, “Sənətşünaslıq” və “Xronika” bölmələrindən ibarətdir.

“Filologiya və sənətşünaslıq” jurnalının beynəlxalq redaksiya heyətinə Türkiyə, Rusiya, Belarus, Polşa və Gürcüstanın alimləri daxildir.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!