Məmməd İsmayılın şeirləri Bolqarıstanın “Plamık” jurnalında

 

Edebiyyatqazeti.az xəbər verir ki, Bolqarıstan Yazarlar Birliyinin orqanı olan “Plamık” jurnal-almanaxının dördüncü sayında həmyerlimiz şair Məmməd İsmayılın şeirləri çap edilmişdir. Silsilənin giriş yazısında M.İsmayılın fərqli yazı tərzindən və Avropa arenasındakı ədəbi uğurlardan söz açılır.

Jurnalda şairin  “İlham”, “Tanrı biler”, ”Bahar”, “İlk məhəbbət” və  “Ey göyərçin nə gəzirsən pəncərəmin önündə” şeirlərinə yer ayrılmışdır. Şeirləri bolqar dilinə Bolqarıstanın önəmli şairlərindən olan Qeorqi Konstantinov tərcümə etmişdir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!