Milli Kitabxanada “Nizaməddin Şəmsizadə - 65” adlı kitab sərgisi açılıb

 

Dekabrın 29-da Azərbaycan Milli Kitabxanasında ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin anadan olmasının 65 illiyi münasibətilə “Nizaməddin Şəmsizadə-65” adlı kitab sərgisi açılıb.

Görkəmli alim bir çox monoqrafiyaların, hekayələr və şeir kitablarının, 200-dən çox ədəbi-tənqidi, elmi-nəzəri və publisistik məqalənin müəllifidir.

Təqdim olunan sərgidə alimin əsərləri, tərtib etdiyi, “Ön söz” yazdığı, haqqında yazılmış kitablar, jurnal nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.