“Cavidlər-2020” təqvimi nəşr edilib

 

AMEA Hüseyn Cavidin ev-muzeyi tərəfindən böyük şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən təqvim (2020-ci il üçün) hazırlanıb.

Muzeydən  bildiriblər ki, təqvimdə Cavidlər ailəsinin həyatında baş verən tarixi məqamlar və onların izahı öz əksini tapıb. Bundan əlavə, nəşrin hər bir səhifəsində Hüseyn Cavidin əsərlərindən parçalar və ailə üzvlərinin fotoları verilib.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!