Pedoqoji Universitetdə Qulu Ağsəslə görüş keçirilib

Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Dövlət Pedoqoji Universitinin akt zalında dekabrın 24-də "Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəslə görüş keçirilib. Görüşdə filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, yazıçı, şair, filologiya elmləri doktoru Zahid Xəlil, metodistlər və filoloji fakültənin tələbələri iştirak ediblər. Tədbiri giriş sözüylə Mahirə xanım açaraq qonaqları salamlayıb, müəllim-tələbə heyətinə Qulu Ağsəsin yaradıclığı haqqında məlumat verib.

Ardınca tələbələr Qulu Ağsəsə suallar ünvanlayıb, onları maraqlandıran məsələlərlə bağlı fikirlərini öyrənib, maraqla cavabları dinləyərək ətrafında müzakirələr aparıblar. Qulu Ağəs jurnalın 52 illik fəaliyyətindən danışıb, redakiyalarının daim ədəbi gəncliyin üzünə açıq olduğunu bildirib.  Görüşdə həmçinin iştirak edən ADPU-nun "Meh” ədəbi dərnəyinin üzvləri daha çox fəallıq gəstərərək qonağa müxtəlif suallar verib, öz yaradıclıq nümunələrini də səsləndiriblər.

Tədbir boyu Zahid Xəlil də tələbələrin suallarını cavablandırıb, düşüncələrinə fikir bildirib. Sonda Qulu Ağsəs tələbələri qarşıdan gələn yeni il və dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə təbrik etmiş, onlara dərslərində və yaradılıq yollarında uğurlar diləyib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!