Məmməd İsmayılın Türkiyədə oxucularla görüşü keçirilib

Edebiyyatqazeti.az xəbər verir ki, sәksәn  illik yubileyi çerçivәsindә Mәmmәd İsmayılın Türkiyәnin müxtәlif yerlәrindә şeirsevәrlәrlә görüşlәri davam edir.

Bu günlәrdә şairlә Türk ocaqları ve Ülkü ocaqları Çorum şöbәlәrinin vә Hitit unversitetinin birgә tәşkil etdiyi görüş oxucular tәrәfindәn böyük maraqla qarşılanmışdır.

Türk ocaqları Çorum şöbesinin başkanı, Hiti  unversitetinin kafedra müdiri, professor İrfan Çağlar Mәmmәd İsmayılın Türk Dünyası әdәbiyyatındakı yerindәn, dünya әdәbiyyatına verdiyi töhfәlәrdәn vә otuz illik dostluğundan söhbәt açmışdır.

Mәmmәd İsmayıl oxucuların müxtәlif mövzularda çoxsaylı suallarına cavab vermiş, özәlliklә türkiyәli oxucuların daha çox bәyәndiklәri şeirlәrindәn nümunәlәr oxumuşdur.

Görüşün sonunda şairә Türk Ocaqları vә Ülkü Ocaqları Çorum şöbәlәrinin diplomları vә hәdiyyәlәri tәqdim edilmişdir


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!