Milli Kitabxanada İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş kitabların təqdimatı keçiriləcək

 

Dekabrın 24-də Mədəniyyət Nazirliyi Milli Kitabxana ilə birgə Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bir sıra kitabların təqdimatını keçirəcək.

Tədbirdə yazıçı-publisist, professor Hüseynbala Mirələmovun Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Son səfər” povesti, Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “İmadəddin Nəsimi. Biblioqrafiya” kitabı və “İmadəddin Nəsimi–650” elektron məlumat bazası oxuculara təqdim olunacaq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!