İraq Səfiri Atatürk Mərkəzinin şöbə müdirinə “Təşəkkürnamə” təqdim etdi

 

İraq Respublikasının Azərbaycandakı Səfiri dr.Fadhil Al-Şuveyli Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalıya “Təşəkkürnamə” təqdim edib. Səfirin məktubunda, iki ölkə arasındakı mədəni əlaqələrin möhkəmləndirilməsində verdiyi töhfəyə görə Azərbaycanlı yazara minnətdarlıq və sonsuz təşəkkürlər ifadə edilib. – Səfir məktubu “AzərKitab”da 19 dekabrda keçirilmiş “İraq mətbuat tarixi” kitabının tanıtım və müzakirə törənində təqdim edib. Törəndə Ə.Qoşalıya həmçinin “Kərkük Mədəniyət Assosiasiyası”nın “Fəxri Fərman”ı da təqdim edilib.

Ə.Qoşalı İraqlı soydaşımız dr.Şəmsəddin Kuzəçinin müəllifi olduğu, en­siklopedik xa­rakterli “İraq mətbuat tarixi” kitabının redaktorlarından biridir. O bundan öncə də, İraqdakı soydaşlarımızla bağlı bir neçə kitabın nəşrə hazırlanmasında yaxından iştirak edib, İraq türkmanları ilə bağlı simpozium, konfrans və digər tədbirlərdə iştirak və çıxış edib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!