2019-cu ilin yazıçısı, şairi və tənqidçisi seçildi

 

Edebiyyatqazeti.az xəbər verir ki, Kulis.az mədəniyyət portalı 2019-cu ilin yazıçısını, şairini və tənqidçisini seçib.

Mənbədən aldığımız məlumata görə qaliblər “Kulis”in əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən Kulis.az saytında və digər mədəniyyət, ədəbiyyat saytlarında, eyni zamanda bu sahəyə aid qəzet və jurnallarda gedən materiallar, cari ildə çap olunan kitablar əsasında seçilib. Mükafata layiq görülənlər arasında “Ədəbiyyat qəzeti”nin şöbə müdiri, filologiya elmləri doktoru, tənqidçi, ədəbiyyatşünas Elnarə Akimova da var.

Elnarə Akimova  Yeni ədəbiyyat nümunələrindən, xüsusən gənclərin yaradıcılığından mütəmadi yazdığı səmərəli tənqidi yazılarına və bu il çap olunan “Düşüncə zamanı - ədəbi tənqid diskurs kimi” və “Ədəbiyyat qəzeti”ndə təşkil olunan ədəbi müzakirələrin toplandığı “Müstəqilliyin ədəbiyyatı müzakirə diskursunda” kitablarına görə "İlin tənqidçisi" adına layiq görülüb.

Həmçinin Səfər Alışarlı “Qız və maneken” povest və hekayələr kitabına və “Kulis”də yayımlanan yeni hekayələrinə görə “İlin yazıçısı”, Həmid Herisçi isə  Kulisdə yayımlanan və geniş marağa səbəb olan şeirlərinə görə “İlin şairi” seçilib.

Qeyd edək ki, təqdimat mərasimi dekabrın 25-i saat 15-də “Apa Group”un konfrans zalında keçiriləcək.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!