Takarçuk və Xandkenin Nobel nitqləri yayımlanıb

 

Edebiyyatqazeti.az rus KİV-lərinə istinadən xəbər verir ki,  Nobel mükafatı saytında Olqa Takarçuk və Peter Xandkenin Nobel Nitqləri yayımlanıb. Mətnlər ingilis, isveç, polyak (Takarçuk) və alman (Xandke) dilində yayımlanıb. Onları  saytdan həm oxumaq, həm də PDF şəklində endirməklə tanış olmaq mümkündür. 

Xandke “Ağaclarla” adlı drammatik poemasından sitat gətirməklə öz nitqinə başlayır: “Oyunu sona qədər aparacağam. İşin ləngisə belə.  Birinci sima olmağa iddialı olma. Başqa istiqamətdə dayanmağa da çalış. Yeni olan heç bir fikirə düşmə. Mətnaltı mənadan da çəkin. Susma. Həm yumşaq, həm də güclü olmağı bacar. Müşahidə etmə, heç yoxlama da, gümrahlığını saxla ki, qarşına çıxan işarələri nəzərdən qaçırmayasan.  Heyrətə hazır ol. Gözlərini gizlətmə, göstər, başqalarından fərqli olaraq gözlərinin dərinliyini izhar et və hər şeyə onun obrazı ilə bax. Qərarları  həvəslə, məğlubiyyətini isə sakitliklə qəbul et. Əsas özünə zaman ver və əlavə yollarla addımlamaqdan qorxma”. Sitatın ardıyca müəllif özü, ailəsi və təcrübəsindən söz açıb.

Takarçukun nitqi də öz təcrübəsinə həsr olunub: “Ədəbiyyat canlı olan hər şeyə qarşı məhəbbətdən ibarətdir. Bu, romanın başlıca psixoloji mexanizmidir. Məhz bu heyrətamis alətin vasitəsilə müəllif insanla ünsiyyət saxlamağın üsulunu tapır. Bizim təcrübəmiz  mətn şəklində özümüz və daxili dünyamız haqqında məlumat bazası olaraq zamanları səyahət edir,  hal-hazırda dünyada olanlara və hələ doğulmamışlara qədər gedib çatır”, - söyləyərək nitqinə yekun vurub.

Xəbəri rus dilindən tərcümə etdi: Günel Eyvazlı

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!