Nəsimişünas alim Səadət Şıxıyevanın “Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər” kitabı işıq üzü görüb

 

Edebiyyatqazeti.az xəbər verir ki, Nəsimişünas alim Səadət Şıxıyevanın “Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər” kitabı işıq üzü görüb.

Monoqrafiyada Nəsiminin poetik irsinin tədqiqi tarixinə nəzər salınır, bu kontekstdə nəsimişünaslıqda mövcud olan mübahisəli mə­sələlərə münasibət bildirilir, şairin irfani düşüncəsinin ifadəçiləri olan başlıca məcaz və motivlər araşdırılır. Onun söz sənətindəki yerini gös­tə­rən və bədii təxəyyülünün imkanlarını açıqlayan poetik fiqurlar ənə­nə və fərdiyyət kontekstində dəyərləndirilir. Kitab mütəxəssislər, ali məktəb müəllimləri, tələbələr və ümu­miy­­yətlə, Nəsimini sevənlər üçün nəzərdə tutulmuşdur.

Monoqrafiyanın I fəslində hə­min il­­lər­­də ya­­zıl­mış təd­qi­qat əsər­lə­ri fak­ti­ki ma­te­ri­al əsa­sın­da və xro­­no­­lo­ji ar­dı­cıl­lıq­la təhlil edi­­lir, elə­cə də XX əsr nə­si­mi­şü­nas­lı­ğı ba­rə­də dol­ğun tə­səv­vür ya­rat­maq niy­yə­ti ilə Tür­ki­yə, İran və di­gər öl­kə­lər­də qə­lə­mə alın­mış təd­qi­qat­­lar­da Nə­si­mi ir­­si­nin öy­­rə­nil­mə sə­viy­yə­sin­dən bəhs edi­lir.

II fə­sil­də “Nə­si­mi li­ri­ka­sı­nın baş­lı­ca ir­fa­ni mə­caz və mo­tiv­lə­ri”ni in­cə­lə­yən  təd­qi­qat­çı araş­dır­ma nə­ti­cə­sin­də gəl­di­yi qə­­na­ət­lə­ri “Nəsimi şeirində folklor motivlərinin irfani in­terpre­ta­si­ya­sı”, “Hürufilik təlimi və Nəsimi hürufiliyinin ­özəllikləri”, “Nə­si­minin təsəvvüfi-lirik səciyyəli şeirlərində eşq anlayışı”, “Spesifik irfani ter­min-məcazlar və anlam tutumları”, “Təsəvvüfün ənənəvi motivləri­nin Nəsiminin düşüncə sistemində yeri”, “Təsəvvüfi anlayışlar: ənənə və fərdiyyət” böl­mə­lə­ri üz­rə qrup­laş­dı­rır.

Bu yön­də araş­dır­ma apa­rıl­ma­sı isə nə­ti­cə eti­ba­ri­lə şa­i­­rin di­van və tə­səv­vüf şei­ri ta­ri­xin­də­ki ye­ri­ni də­qiq mü­əy­yən et­­­mə­­yə, onun ya­ra­dı­cı­lı­ğın­da fər­di özü­nüi­fa­də­lə­rin da­ha güc­lü ol­­du­­ğu­nu aş­­ka­ra çı­xar­ma­ğa yar­dım edir. Bü­tün bu mə­sə­lə­lə­rə mo­noq­ra­fi­ya­nın “Nə­si­mi­nin söz sə­nət­kar­lı­ğı” ad­lı III fəs­lin­də işıq sa­lı­nır. Bu güc­lü işı­ğın ya­rat­dı­ğı ay­dın­lıq­da Nə­si­mi şeiriyyəti “Mənəvi və üslubi-mənəvi fi­qur­lar”, “Üslubi fiqurlar” kimi istiqamətlərdə in­cə­lə­nir.

Qeyd edək ki, ötən gün Azərbaycan- Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzində kitabının təqdimat mərasimi  keçirilib.