“Bir əsrlik Nəsimi araşdırmaları” kitabının təqdimatı keçiriləcək

 

Edebiyyatqazeti.az xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan ilin yekun tədbirini keçirəcək.

Dekabrın 10-da “Bir əsrlik Nəsimi araşdırmaları” adlı kitabın təqdimatı və eyniadlı elmi-praktik konfrans təşkil olunacaq.

Təqdimatda “İçərişəhər” DTMQİ İdarə Heyətinin sədri Əsgər Ələkbərovun, kitabın elmi redaktoru, akademik Rafael Hüseynovun və nəsimişünas alimlərin çıxışları nəzərdə tutulub.

Sonda Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyası şagirdlərinin ifasında “Nəsimi” adlı kompozisiya səsləndiriləcək.