Gənc yazar Günel Natiqin “Məhəbbət quşları” adlı yeni kitabı işıq üzü görüb

 

Edebiyyatqazeti.az xəbər verir ki, Günel Natiqin “Məhəbbət quşları” adlı yeni kitabı işıq üzü görüb. Kitab müəllifin son illərdə qələmə aldığı hekayələrdən və kiçikhəcmli publisistik yazılardan ibarətdir. Hekayələrin və yazıların mayası, mənası həyatın içindən gəlir. Müəllif cəmiyyətdə baş verənlərə, insan taleyinə, həyata biganə deyil. İnsanın çəkdiyi əzab-əziyyətləri, ağrı-acını, tənhalığı öz içində hiss edir. Ağrıyanla ağrıyır, ölənlə ölür. Ancaq o, işığı bilir. Bütün hekayələrdə Əkrəm kimi işığın sorağında olan gizli bir qəhrəman vardır.

Günel Natiqin bütün obrazları ya bizim ətrafımızda, ya da bizim elə öz içimizdədir. Yazarın ən böyük uğuru da məhz budur. Müəllif bilir ki, oxucu qəlbinə ancaq səmimiyyətlə yol tapmaq olar.

“Mütərcim” nəşriyyatında çap olunan kitabın redaktoru Rahil Tahirlidir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!