TÜRKSOY gələn ili türk dünyasında “Abay Kunanbayev ili” elan edib

 

Türk dünyasında 2020-ci il “Abay Kunanbayev ili” elan edilib.

Bu barədə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Daimi Şurasının 37-ci iclasında qərara alınıb.

Qeyd edək ki, TÜRKSOY-un bu cür layihələri türkdilli xalqların ortaq mədəniyyətlərinin, ədəbiyyatlarının, eləcə də tarixi şəxsiyyətlərinin tanınmasına xidmət edərək milli dəyərlərin inteqrasiyasını təmin edir. /Azərtac/


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!